- Baxış sayı: 31
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, bu il bütün İtaliya, başda “Ferrari” şirkəti olmaqla, onun yaradıçısı Enzo Ferrarinin 125-illik yubileyini qeyd edilir. Bir çox mənbələr onun 20 fevral 1898-ci ildə dünyaya gəldiyini qeyd edir. Britaniyalı jurnalist Riçard Uilyams isə,onun fevralın 18-də doğulduğunu iddia edir. Məhz həmin gün şəhərdə güclü qar fırtınası olduğu üçün, atası Alfredo risk etməyərək, havanın sakitləşdiyindən sonra, körpəni qeydiyyata aldığı deyilir.
“Ferrari” markasının 125-illiyinə həsr olunmuş qısametrajlı film də təqdim olunub. Böyük bir şirkətin yaranması əslində uşaqlığda yaranan avto pilot olmaq arzusundan irəli gəlib. O, ilk dəfə 24 yaşında Parmada keçirilən təpəyə qalxma yarışında iştirak edib. 1923-ci ildə isə ilk qələbəsini qazanıb.
1929-cü ildə “Skuderia Ferrari” markasının təməlini qoyub. Bundan sonra inanılmaz sayda müxtəlif nailiyyətlər, təkliflər alıb. Enzo 20-ci əsirdə yaşayan ən əfsanəvi italiyalılardan biri olub. Onun xatirəsinə həsr olunmuş sənədli filmdə, əsas uğurları ön plana çəkilib. Anatasiya hissəsində isə, qazandıqlarını işıqlandırmaq üçün, onlarla insanın həyatına kifayət edəcəyi vurğulanıb.