“Ferrari”nin yeni bolidi – FOTO

“Ferrari” cari il mövsümü üçün Lüis Hemilton və Şarl Leklerin idarə edəcəyi yeni SF-26 bolidini təqdim edib.

Allsport.az xəbər verir ki, yeni texniki reqlamentə uyğun hazırlanan bolid əvvəlki modeldən 30 kq daha yüngüldür.

SF-26 həm də parlaq tünd qırmızı rəngi, yeni asqı sistemi və elektrik gücü artırılmış hibrid mühərriki ilə fərqlənir. Komanda bu bolidlə yenidən çempionluq uğrunda mübarizə aparmağı hədəfləyir.

Həmin kateqoriyadan