- Baxış sayı: 117
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

FİBA dərəcəli beynəlxalq hakimlər, iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında Azərbaycanı təmsil edəcəklər. Allsport.az xəbər verir ki, ali basketbol qurumu Azərbaycandan seçdiyi 4 hakim – Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar.
Ələkbər Həsənov – Serbiya U-18 oğlanlar “A” divizionu (26 iyul-3 avqust) və Gürcüstan U-16 oğlanlar “A” divizionu (8-16 avqust)
Ruslan Xalıqov – Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Rumıniya U-16 qadınlar “A” divizionu (15-23 avqust), Albaniya U-16 oğlanlar “C” divizionu (5-13 iyul)
Urfan Bayramlı – Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Türkiyə U-20 qızlar “B” divizionu (20-29 avqust), Şimali Makedoniya U-16 oğlanlar “B” divizionu (7-16 avqust)
Anastasiya Slojenitsina – Litva U-18 qızlar “B” divizionu (4-13 iyul)