- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Böyük Britaniyanın Men adasında “FIDE Grand Swiss 2019” başa çatıb. Allsport.az saytı xəbər verir ki, şahmatçılarımızdan ən yaxşı nəticəni Nicat Abbasov (2632) göstərib. O, 11 mümkün xaldan 6,5 xal toplayaraq 15-ci yeri tutub.
Rauf Məmmədov (2645) 5,5 xalla 60-cı, Eltac Səfərli (2593) eyni xalla 65-ci, Vasif Durarbəyli (2617) isə 5 xalla 109-cu yer tutublar.
Yarışın qalibi 8 xalla çinli şahmatçı Hao Yanq (2726) olub. O, eyni zamanda 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə əldə edib. Onunla eyni xala malik olan Fabiano Karuana (2812) 2-ci, rusiyalı Kiril Alekseenko (2674) 7,5 xalla 3-cü sırada qərarlaşıblar.