- Baxış sayı: 20
- 23 Dekabr 2025 12:35
- Baxış sayı: 122
- Dekabr 22, 2025
- 0


FİFA topun oyun meydançasını tərk edib-etmədiyini təyin edən yeni texnologiyanı sınaqdan keçirir.
Allsport.az xəbər verir ki, “Out of Bounds” adlanan bu innovasiya Qətərdə baş tutan qitələrarası kubokun üç matçında test edilib.
Bundan əlavə, FİFA ofsaydların daha sürətli və vizual şəkildə müəyyən edilməsi üçün “Real-time 3D Recreation” texnologiyasının imkanlarını genişləndirib. Bu sistem həm VAR hakimləri, həm də teleizləyicilər üçün hər iki qapıçının perspektivindən virtual görüntülər yaradaraq vəziyyəti daha aydın görməyə imkan verir.
Hələlik bu yeniliklərin milli liqalarda nə vaxt tətbiq olunacağı dəqiqləşməyib.