- Baxış sayı: 16
- 27 Mart 2026 13:24
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatında oyun qaydalarına inqilabi dəyişikliklər etməyə hazırlaşır.
Allsport.az xəbər verir ki, yeni qaydalar əsasən vaxt itkisinin qarşısını almağa və intizamı gücləndirməyə hesablanıb.
Belə ki, meydanı tərk edən oyunçunun cəmi 10 saniyə vaxtı olacaq, əks halda komandası bir dəqiqə azlıqda qalacaq. Aut atışları və qapıdan zərbələr üçün 5 saniyəlik limit tətbiq ediləcək, vaxtı keçirən tərəf topu rəqibə verəcək. Meydanda tibbi yardım alan oyunçu kənara çıxmalı və qayıtmaq üçün bir dəqiqə gözləməlidir. VAR sistemi isə artıq ikinci sarı vərəqələrə və səhv təyin olunmuş künc zərbələrinə müdaxilə edə biləcək. Həmçinin, hakimlə yalnız kapitan ünsiyyət qura bilər, digər oyunçular etiraz etdikdə dərhal sarı vərəqə ilə cəzalandırılacaqlar.
DÇ-2026 gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.