FİFA “Neftçi” klubunun xeyrinə qərar verdi

26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi”yə məktub ünvanlayaraq, futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirmiş, futbolçunun “Neftçi” ilə ilk peşəkar müqaviləsi olduğu üçün bu klubdan 42,541 avro məbləğində təzminat tələb etmişdi. Allsport.az saytı xəbər verir ki, 19.02.2015-ci il tarixdə Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” tərəfindən ödənməsi tələbi ilə vəsadət qaldırmışdı.

Uzun müddət davam edən prosesə “Neftçi” komandasıtərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Bu gün FİFA tərəfindən “Neftçi”yə daxil olmuş məktubda, ali futbol qurumunun “Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı “Neftçi” komandası tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirib.

Həmin kateqoriyadan