- Baxış sayı: 20
- 19 Dekabr 2025 13:56
- Baxış sayı: 78
- Dekabr 18, 2025
- 0

“Flamenqo”nun baş məşqçisi Filipe Luis karyerasını Avropada davam etdirmək istədiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, 40 yaşlı braziliyalı mütəxəssisin müqaviləsi ilin sonunda başa çatır.
“Biz müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırıq. Hamı mənim bir gün Avropaya qayıtmaq arzumu bilir. Sabahdan etibarən nə edəcəyimizə qərar verəcəyik”, – deyə Luis bildirib.
Filipe Luis 2024-cü ilin sentyabrdan bəri “Flamenqo”nun əsas komandasına başçılıq edir. Onun rəhbərliyi altında komanda 88 oyun keçirib, 57 qələbə qazanıb, 21 heç-heçə edib və 10 dəfə məğlub olub.