- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
San-Marinoda 18 yaşadək basketbolçular arasında Avropa çempionatının “C” divizionunda qrup mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi növbəti oyununu Monakoya qarşı keçirib və qalib gəlib.
“A” qrupunda yer alan nəhənglərimiz ilk turda Andorraya məğlub olub. Sonra isə Cəbəllütariq komandasına qalib gəlib.
5 xal toplayan Azərbaycan yığması qrupda 2-ci yeri tutaraq, yarımfinala vəsiqə qazanıb. Tahir Baxşıyevin komandası final uğrunda “B” qrupunun 1-cisi Kosovo komandası ilə mübarizə aparacaqlar.
Azərbaycan-Kosovo oyunu iyulun 14-də keçiriləcək.