- Baxış sayı: 71
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 186
- Dekabr 05, 2025
- 0
Ötən premyer liqanın 4-cü dövrəsində 28 oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, bu qarşılaşmalarda 64 qol vurulub. Finişin ən güclüsü “Kəpəz” olub. Qərblilər son 7 oyunda 6 qələbə qazanıb və yalnız ölkə çempionu “Qarabağ”a uduzub. 18 xal toplayan Şahin Diniyevin komandası son dövrədə çempionu da arxada qoyub.
Qurban Qurbanovun dəstəsi uduzmadığı dövrəni 17 xalla tamamlayıb. Çempionatın digər iki mükafatçısı “İnter”lə “Qəbələ” isə son bölümü uğursuz keçirib. Bu da onların mükafatı xeyli öncədən təmin etməsi, bundan sonra nəticələrinin yaxşı olmaması ilə bağlıdır. Çempionatın autsayderi AzAL dövrənin də ən zəif komandası olub.