- Baxış sayı: 209
- 01 Dekabr 2024 17:40
- Baxış sayı: 317
- Dekabr 02, 2024
- 0
25-30 noyabrda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmədə təmsil edən Vladimir Litvinsev, İstanbulda “Bosfor kuboku”nda iştirak edib.
Allsport.az xəbər verir ki, idmançımız qısa və sərbəst proqram üzrə çıxış edərək, 12 nəfər arasında 225.41 xal taplayıb. Yekun nəticədə qızıl medala layiq görülüb.
Bununla yanaşı, yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova da təmsil ediblər.
Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.