- Baxış sayı: 28
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 82
- Dekabr 05, 2025
- 0

Sentyabrın 26-da Heydər Əliyev adına idman-konsert kompleksində yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə qran pri yarışının buz üstündə sərbəst rəqs proqramının finalı keçirilib. Allsport.az xəbər verir ki, yarışda 13 ölkədən 15 cütlük birincilik uğrunda mübarizə aparıblar.
Gərgin və rəqabətli keçən mübarizədə 2 günün nəticələrinə əsasən fransalı cütlük Ambre Perrier Gianesini və Samuel Blanc Klaperman 162.21 xalla 1-ci, italıyalı cütlük Zoe Bianchi və Daniel Basile 149.64 xalla 2-ci yerə, kanadalı cütlük Summer Homick və Nicholas Buelow isə142.38 xalla 3-cü yerə sahib olublar.