- Baxış sayı: 38
- 26 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

UFC azərbaycanlı döyüşçü Rafael Fiziyevin növbəti rəqibini açıqlayıb.
Allsport.az xəbər verir ki, 33 yaşlı idmançı Rio-de-Janeyroda keçiriləcək “UFC Döyüş Gecəsi”ndə Çarlz Oliveyra ilə qarşılaşacaq.
Fiziyevlə braziliyalının döyüşü oktyabrın 11-də təşkil olunacaq.
Çarlz Oliveyra yüngül çəki dərəcəsinin sabiq çempionudur. O, son döyüşündə gürcüstanlı İliya Topuriya nokautla uduzub.
Fiziyev iyulun 21-də Bakıda keçirilən turnirdə çilili İqnasio Bahamondesi hakimlərin qərarı ilə məğlub edib.