“Flamenqo” səhvən bir basketbolçuya 340.000 avro köçürüb

Braziliyanın “Flamenqo” futbol komandası basketbolçu Joao Qomezə 340 min avro transfer edib və onu “Vulverhempton”da oynayan adaşı, futbolçu Joao Qomezlə qarışdırıb.

Allsport.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Fevralın 27-də “Flamenqo” “Vulverhempton”a transfer müqaviləsi çərçivəsində Qomezə pul köçürmək istəyirdi. Ancaq bu məbləğ onun adaşı olan basketbolçuya gedib. Hesabının fırıldaqçılar tərəfindən çirkli pulların yuyulması üçün istifadə oluna biləcəyi deyildiyi üçün pul alan şəxsin baş verənlərdən qorxduğu bildirilir. 4 gün sonra klub səhvi aşkar edib və məbləğ dondurulub.

Joao Qomez yanvarın sonunda “Vulverhempton”a keçib. Futbolçu ilə müqavilə 2028-ci ilin yayına qədər bağlanıb və müqavilənin daha 12 ay uzadılması imkanını nəzərdə tutur.

Həmin kateqoriyadan