- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0
Azərbaycan kubokunun 1/4 finalının cavab oyunu “Neftçi” üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Bakı klubunun “Sumqayıt”la səfər matçında qazandığı 1:0 hesablı qələbə “ağ-qaralar”ın tarixinə yubiley uğuru kimi düşüb.
Bunadək 89 dəfə qalib gələn paytaxt təmsilçisi 90-cı qələbəsini qeyd edib. Bu göstəricidə ölkə rekordçusu olan “Neftçi” “90”a 157-ci qarşılaşmasında çatıb.
Komandanın hesabında 33 heç-heçə və 34 məğlubiyyət də var. 90 qələbədən 49-u evdə, 38-i səfərdə, 3-ü neytral meydanda əldə edilib.