- Baxış sayı: 141
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Neftçi” növbəti mövsüm üçün heyətinə əl gəzdirməyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu artıq mövsüm bitən kimi yollarını ayıracağı 2 futbolçunu müəyyənləşdirib. Bunlar ümidləri doğrultmayan ispaniyalılar – Xuan Alberto Melli və Anyetedir.
Amma bu 2 oyunçu ilə yanaşı daha bir neçə futbolçunun göndərilməsi nəzərdə tutulub. Klub rəhbərliyi onların kimliyinə mövsüm bitəndən sonra aydınlıq gətirəcək.