Flikdən Yamala məsləhət

“Barselona”nın baş məşqçisi Hans Diter Flik “Jirona” ilə oyundan əvvəl 17 yaşlı hücumçu Lamin Yamala məsləhət verib.

Allsport.az xəbər verir ki, almaniyalı çalışdırıcı Yamalın indi yüksək səviyyədə olduğunu bildirib:

“Yamal indi yüksək səviyyədədir. Ancaq bu yaşda o, hələ də inkişaf edə bilər. Onun hər gün məşq etməsinə baxmağı xoşlayıram. Bu adam sadəcə irəli getməlidir. Bu, mühüm məqamdır. Lamin böyük futbolçu olmaq istəyirsə, çalışmağa davam etməlidir. Onun dincəlməyə çox vaxtı olmayacaq”.

Həmin kateqoriyadan