Flikin iclasına gecikdi, ehtiyata göndərildi

Jül Kundenin la liqada “Alaves”lə matçda (3:0) “Barselona”nın start heyətində yer almamasının səbəbi bilinib.
Allsport.az xəbər verir ki, fransalı müdafiəçi ilk dəqiqədən meydana daxil olmalı olsa da, baş məşqçi Hans Fliklə oyunöncəsi iclasına gecikib. Bu səbəbdən kataloniyalıların baş məşqçisi futbolçunu cəzalandırmaq qərarına gəlib və onu ehtiyat oyunçular skamyasına göndərib.
Nəticədə Hektor Fort start heyətinə daxil olub, Kunde isə yalnız 67-ci dəqiqədə meydana daxil olub.

Həmin kateqoriyadan