- Baxış sayı: 47
- 19 Noyabr 2024 17:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Red Bull” və “Ferrari” komandalarında çıxış edən Maks Ferstappen və Sebastyan Fettel 2021-ci ildə Formula1-də qüvvəyə minəcək yeni reqlamentlə bağlı danışıblar. Allsport.az xəbər verir ki, Ferstappen sürətin daha çox azalacağından ehtiyat edir:
“Əvvəlki nəslə aid maşınları idarə etmək indikilərlə müqayisədə o qədər xoşuma gəlmir. Əlbəttə, burada “qızıl bölgü” nöqtəsini tapmaq, rəqibi təqib etmək məsələsini asanlaşdırmaq lazımdır, lakin biz istərdik ki, maşınların sürəti hər dövrə üçün 2-3 saniyədən çox azalmasın. Əgər hər dövrəni keçmək üçün tələb olunan vaxt əvvəlkindən 4-5 saniyə çox olarsa, maşınlar hədsiz ləng gedəcək. Biz isə bunu istəmirik.
Fettel de yni fikirləri deyib: “2017-ci ildə tətbiq edilən dəyişiklikləri səhv hesab etmirəm. səhv ondadır ki, maşınlar get-gedə ağırlaşır”.
Yeni qaydalar üzrə hazırlanan maşınlar hər dövrə üçün indiki maşınlarla müqayisədə 3-3,5 saniyə çox vaxt sərf edəcəklər.