Frank de Bleker: “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi təmas qəsdən qayda pozuntusu deyil

Premyer liqanın 7-ci turunda “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 13-cü dəqiqəsində qonaq futbolçu Ramon Maçadonun mübarizə zamanı meydan sahiblərindən Roderik Millerə ayaq zərbəsi endirməsi və baş referi Elçin Məsiyevin bu epizoda sarı vərəqə göstərməsi, idman ictimaiyyətində geniş müzakirəyə səbəb olub. Allsport.az saytı xəbər verir ki, hakimlər komitəsinin sədri Frank de Bleker duruma münasibət bildirib:

“Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir.

Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik.

O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi təmas qəsdən qayda pozuntusu deyil.

Həmin kateqoriyadan