- Baxış sayı: 33
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

İspaniya və Fransa milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Allsport.az xəbər verir ki, fransalı basketbolçular 75:67 (25:14, 18:21, 15:17, 17:15) hesabı ilə qalib gəliblər.
Hər iki komanda avqustun 27-dən sentyabrın 14-dək keçiriləcək Avropa çempionatında çıxış edəcək. İspaniyalılar “C” qrupunda yer alıb və rəqibləri Kipr, İtaliya, Gürcüstan, Yunanıstan, Bosniya və Herseqovina milliləri olacaq.
Fransa isə “D” qrupunda İslandiya, Sloveniya, Polşa, Belçika və İsrail milliləri ilə qarşılaşacaq. Turnir Kipr, Polşa, Finlandiya və Latviya ərazisində keçiriləcək.