- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Nitsa şəhərində Fransanın olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə qran-pri keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışa qatılan “klassiklər”imiz 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Turnirin afişasında iştirakçı ölkələrin bayraqları əks olunub. Adətən ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirən firənglər bu dəfə ənənələrinə sadiq qalıblar.
Başqa sözlə, təşkilatçılar Azərbaycanın atrubutunu ora daxil etməyiblər. Halbuki posterdə, özü də Anrinin düz kəlləsində, işğalçı Ermənistanın bayrağı (Norveçin sağında) öz əksini tapıb.