- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Fransanın Nitsa şəhərində güləşçilərin qran-prisi keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi qadın millimiz təmsil edir. Artıq bu növdə rəqabətə yekun vurulub, nəticələr ürəkaçandır.
9 güləşçi ilə çıxış edən yığmamız 3 medal qazanıb. Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) bütün görüşlərini qələbə ilə başa vurublar. Səbirə Əliyeva (76 kq) 3-cü yer tutub.
Görüşlərin idarə edilməsində 3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadə yer alsıb. Qeyd edək ki, millinin 2-ci məşqçisi Rövşən Umudov bu gün 53 yaşını qeyd edir.