Fransa və Ukrayna ilə qarşılaşacaqlar

5–7 sentyabr 3×3 basketbol üzrə Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Avropa kubokunda iştirak edəcək qadın millinin qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, yığma komanda “B” qrupunda Fransa və Ukrayna seçmələri ilə qarşılaşacaq. Qızlarımızın qrupda ilk oyunu 5 sentyabr Bakı vaxtı ilə saat 13:55 Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.

Həmin kateqoriyadan