Fransadakı səfirliyinin press-atteşesi: “”Lans”da hər şey qısa zamanda yaxşı olacaq”

“Görünür, Hafiz Məmmədovun şirkətlərində problemlər mövcuddur. Bu, onun şəxsi işidir. Klubun sahibi çətin də olsa, çatışmamazlıqları aradan qalxması, tələb edilən vəsaitin ödənilməsi üçün çalışır”. Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycanın Fransadakı səfirliyinin press-atteşesi Həbib Hacıyev deyib.

Sportinfo.az-ın məlumatına görə, həmyerlimiz “Lans”ın səhmdarı Hafiz Məmmədovun klubu saxlamaq yönündə son aylar üzləşdiyindən danışıb. “Tədricən şirkətlər qrupu öz fəaliyyətini düzəldir. İş adamının şirkətlərini keçmiş günlərə qaytarması bir neçə ay çəkəcək. Hansı ki, özünə gəlməsi və başladığı layihələri böyütmək üçün”.

Onun fikricə, “qırmızı-sarılar”ın durumu Azərbaycanda olduğu kimi, Yenisey sarayında da ciddi qəbul edilir. Klubun prezidenti Jerve Martel qayğılı və narahat görünür. İlk baxışdan iki ölkə arasında məsafə uzaq olsa da, biz ümid edirik ki, hər şey qısa zamanda yaxşı olacaq”.

Həmin kateqoriyadan