- Baxış sayı: 37
- 25 Fevral 2026 23:30
- Baxış sayı: 142
- Fevral 25, 2026
- 0

Argentina futbol assosiasiyası (AFA) maliyyə qalmaqalı və vergi borcu ittihamları fonunda martın 5-8-nə planlaşdırılan çempionat oyunlarını təxirə salıb.
Allsport.az xəbər verir ki, vergi orqanları (ARCA) qurumu 14 milyon dollarlıq ödənişdən yayınmaqda, məhkəmə isə AFA rəhbəri Klaudio Tapianı qanunsuz varlanmada ittiham edir.
Federasiya borcların ödənildiyini iddia etsə də, martın 5-də rəhbərliyin məhkəmədə ifadə verməsi gözlənilir. Araşdırmalar çərçivəsində yığmanın əsas sponsoru olan “Sur Finanzas” şirkətinin fəaliyyəti də dondurulub.