Futbol federasiyasının prezidentinə ömürlük həbs

Konqo futbol federasiyasının prezidenti Jan-Qi Blez Mayolas korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Allsport.az xəbər verir ki, məhkəmə Mayolası çirkli pulların yuyulması, sənədlərin saxtalaşdırılması və FİFA tərəfindən COVİD-19 pandemiyası dövründə ayrılan vəsaitlərin mənimsənilməsində təqsirli bilib.

İstintaq materiallarına görə, o, qadın futbolunun inkişafı və məşq mərkəzinin inşası üçün nəzərdə tutulan ümumilikdə 1,3 milyon dollar vəsaiti talayıb.

Həmin kateqoriyadan