“Futbolçularıma deyiləcək bir söz yoxdur”


Azərbaycan premyer liqasının 25-ci turu çərçivəsində baş tutan “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikrini bölüşüb:

“Bu gün bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Futbolda məğlubiyyət də olur. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodları yaratdıq, istifadə olunmadı. Rəqibin bir epizodu qolla nəticələndi. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər”.

Həmin kateqoriyadan