Futbolçularımızın komandası kubok matçında heç-heçə etdi

Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, millimizin futbolçusu Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geyindiyi “Qaziantep BB” də növbəti görüşünə çıxıb.

Sözügedən komanda “Qaziantepspor”la qarşılaşıb. Tərəflər qolsuz heç-heçəyə razılaşıblar. Ufuk və Rəhmanın adı oyunun iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Vaqif isə 90 dəqiqə oynayıb.

Xatırladaq ki, “Qaziantep BB” qrup mərhələsindəki ilk oyununda məğlub olmuşdu.

Həmin kateqoriyadan