Futbolçumuz hesabı açdı, “Kolxeti” səfərdə qalib gəldi

Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rasim Ramaldanovun çıxış etdiyi “Kolxeti” səfərdə Bolnisi “Sioni”si ilə qarşılaşıb.

Poti təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0. Futbolçumuz görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, bu matçda 63-cü dəqiqədə hesabı açmaqla, diqqət mərkəzinə düşüb.

“Kolxeti” 3 turdan sonra 6 xalla yer aldığı “altılıq”da 2-ci pillədədir.

Həmin kateqoriyadan