Futbolçuya banan atdığına görə cərimələnib

Allsport.az xəbər verir ki, Rusiyanın fonbet kubokunda “Volqa”nın 1 azarkeşi əvəzetmə anında “Zenit”in futbolçusu (3:0) Vendelə banan atıb.

Araşdırma nəticəsində azarkeşin kimliyi müəyyənləşib və o, 5000 rubl cərimələnib:

“Məhkəmə müəyyən etdi ki, gənc oğlan rəsmi idman tədbirləri zamanı tamaşaçıların davranış qaydalarını pozub. Azarkeş 1 il müddətinə rəsmi idman tədbirlərinin keçirildiyi yerlərə getməsinə qadağa qoyulmaqla 5000 rubl məbləğində cərimələnib” – deyə Rusiya daxili işlər nazirliyi məlumat yayıb.

Ulyanovsk şəhərində keçirilən “Volqa” – “Zenit” oyununda qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.

Həmin kateqoriyadan