- Baxış sayı: 29
- 27 Mart 2026 18:30
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Premyer liqanın VI turunda “Kəpəz” “Araz-Naxçıvan”a 0:1 uduzub.
Allsport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Azər Bağırov oyun haqda danışıb:
“Gərgin oyun oldu. Futbolçulara oyundan əvvəl matça fokuslanmaq barədə tapşırıq vermişdik. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin üstün cəhətləri vardı. Texniki cəhətdən heyətlərində yaxşı futbolçular çıxış edir. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da inkişaf etdirmək lazımdır. İnanıram ki, gələcək oyunlarda istədiyimiz “Kəpəz”i görəcəyik”