- Baxış sayı: 66
- 27 Fevral 2026 22:13
- Baxış sayı: 252
- Mart 05, 2026
- 0

III MDB oyunlarında Cavid Həsənov dairəvi stend atıcılığında gümüş medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan sonra təəssüratını bölüşüb.
“Rəqiblər layiqincə mübarizə apardılar. Onların heç biri zəif deyildi, buna görə də final olduqca maraqlı keçdi. Hər bir idmançı kimi, mənim üçün də bu yarışda mübarizə aparmaq böyük bir qürur idi.
Final mərhələsinə yüksəldim və gümüş medal əldə etdim. Qızıl medal da çox yaxın idi, amma inanıram ki, gələcək yarışlarda bu nəticəni də göstərəcəyəm”.