“Gələn həftə hər şeyə aydınlıq gələcək”

U-20 basketbolçu oglanlardan ibarat seçməmiz Azərbaycan memarlıq və inşaat universitetinin idman zalında toplanışının 2-ci mərhələsinə başlayıb. Allsport.az saytı xəbər verir ki, ispaniyalı məşçi Alberto Blanko hazırlıqla bağlı bunu deyib:

“Təlim-məşq toplantısı 10-12 gün davam etməlidir, göründüyü kimi bir qədər uzun çəkdi, hərçənd, oyunçuların hazırlığından razıyam. Buna baxmayaraq, Rumıniyaya kimlərlə yollanacağımızı hələ müəyyənləşdirməmişəm.

Gələn həftə hər şeyə aydınlıq gələcək. Rəqiblərə gəlincə, bizi çətin sınaq gözləyir. Biz hələ qrupda qələbə qazanmamışıq. Məqsəd ancaq qalib gəlməkdir“

Həmin kateqoriyadan