- Baxış sayı: 176
- 19 Dekabr 2025 20:07
- Baxış sayı: 134
- Dekabr 19, 2025
- 0


Lüksemburqda Avropa həndbol federasiyasının 16-ci konfransı və 15-ci konqresinə start verilib. Allsport.az saytı xəbər verir ki, tədbirlərdə ölkəmizi AHF-in vitse-prezidenti Orxan Abbasov təmsil edir.
3 gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırki durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri, eyni zamanda, 2023-cü ildə qızlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və digər məsələlər müzakirə olunur.
Bununla yanaşı, AHF-in icraiyyə komitəsinin iclası da keçirilib. Toplantıda 2005-ci il təvəllüdlü qızlar arasında Avropa çempionatının 2023-cü ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.