- Baxış sayı: 38
- 31 Mart 2025 19:22
- Baxış sayı: 59
- Mart 24, 2025
- 0
Qadın voleybolçular arasında Azərbaycan yüksək liqasında XVII turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, turun bir qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Abşeron” komandaları arasında olub. Görüş “Abşeron” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə GİN-in voleybol mərkəzində təşkil olunub. Burada “Murov Az Terminal” komandası “Azərreyl”lə, “Milli Aviasiya Akademiyası” klubu isə “Gəncə” ilə üz-üzə gəlib.
“Murov Az Terminal” – “Azərreyl” oyununda qalib 4 setdə müəyyən olunub. “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.
Yüksək liqa
27 mart
XVII tur
UNEC – “Abşeron” 0:3 (8:25, 11:25, 10:25)
“Murov Az Terminal” – “Azərreyl” 1:3 (23:25, 26:28, 25:11, 15:25)
“Milli Aviasiya Akademiyası” – “Gəncə” 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)