Gəncə şəhər stadionu “dünyanın ən yaxşısı” seçilə bilər

Gəncə şəhər stadionu dünyanın ən böyük azarkeş səsverməsi olan “Stadium of the Year 2025” müsabiqəsinə namizəd göstərilib.

Allsport.az xəbər verir ki, 2011-ci ildən bəri “Stadium DB” tərəfindən hər il təşkil edilən bu nüfuzlu yarışmada ötən il inşası tamamlanmış ən əhəmiyyətli arenalar bir araya gəlir.

Builki müsabiqədə dünya üzrə yeni istifadəyə verilmiş 28 stadion mübarizə aparır və Azərbaycanı bu qlobal platformada Gəncə şəhər stadionu təmsil edir. 15 343 tamaşaçı tutumuna malik olan və “Kəpəz”in ev meydanı hesab olunan stadion, ölkəmizdə futbol infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Qalib ictimai səsvermə yolu ilə müəyyən edildiyi üçün yerli azarkeşlərin və medianın dəstəyi həlledici rol oynayır. Səsvermə martın 9-na qədər davam edəcək.

Həmin kateqoriyadan