- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Arsenal” ulduz hücumçusu Bukayo Saka ilə müqaviləsini yeniləyib.
Allsport.az xəbər verir ki, yeni sözləşmə 2031-ci ilə qədər qüvvədə olacaq.
“Arsenal”ın yetirməsi olan 24 yaşlı britaniyalı oyunçu 2019-cu ildən əsas komandada çıxış edir. Cari 2025/26 mövsümündə Saka artıq 34 matçda meydana çıxaraq 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə “topçular”ın heyətində keçirdiyi 297 oyunda o, 78 qol vurub və eyni sayda – 78 qolun ötürməsini verib.