- Baxış sayı: 2
- 08 Noyabr 2026 10:00
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

MLS təmsilçisi “Kolambus Krü” azad agent statusunda olan portuqaliyalı yarımmüdafiəçi Andre Qomeşin transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə bağlanan müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub və tərəflərin razılığı ilə bu müddət daha 1,5 il artırıla bilər.
Qomeş buna qədər “Benfika”, “Valensiya”, “Barselona” və “Everton” kimi klubların, həmçinin Portuqaliya millisinin köynəyini geyinib.
“Kolambus Krü” bir müddət öncə “Qarabağ”dan Nəriman Axundzadənin keçidini açıqlamışdı.