- Baxış sayı: 204
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasının Gəncədə məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb.
Allsport.az xəbər verir ki, Gəncə OİK-də baş tutan və beş gün davam edən “1-ci dərəcə” məşqçi kursunda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edib. Dərslər AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Çingiz Axarçeşmə tərəfindən keçirilib.
Məşğələnin sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 8 mütəxəssisə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub.
Federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FİVB-nin level-1 seminarında iştirak hüququ qazanacaqlar.