- Baxış sayı: 92
- 19 Noyabr 2025 16:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Bu gün III MDB oyunları çərçivəsində Gəncə idman sarayında güllə atıcılığı üzrə yarışlara yekun vurulub.
Allsport.az xəbər verir ki, azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb.
Bundan başqa, Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda üçüncü olub.
Daha öncə Xanna Əliyeva gümüş medal da qazanmışdır.
Beləliklə, idmançılarımız turniri 3 medalla başa vurublar.