- Baxış sayı: 55
- 25 Yanvar 2026 10:00
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri qarşıdakı beynəlxalq yarışlara hazırlıq çərçivəsində təlim-məşq toplanışını davam etdirirlər. Allsport.az xəbər verir ki, Şağan olimpiya idman kompleksində təşkil olunan toplanışda baş məşqçi Elçin İsmayılov və məşqçi Şümşat Bəhramovun rəhbərliyi ilə sonuncu ölkə birinciliyində uğur qazanan perspektivli gənc cüdoçular mübarizə aparırlar.
Komandamız iyulun 3-4-də Portuqaliyada keçiriləcək Avropa kuboku yarışında iştirak edəcək.