- Baxış sayı: 110
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 84
- Dekabr 05, 2025
- 0

İyun ayından etibarən Azərbaycan basketbol hakimləri ittifaqının sədri, beynəlxalq (FİBA) dərəcəli hakim Ələkbər Həsənovun rəhbərliyi ilə gənc hakimlər üçün onlayn və praktiki məşğələlərə start verilib.
Allsport.az xəbər verir ki, təlimlər zamanı iştirakçılara yeni qaydalar, meydanda qərarvermə mexanizmləri və oyunun idarə olunması ilə bağlı praktiki biliklər aşılanır. Ümumilikdə 10 gənc hakimin iştirak etdiyi bu təlim proqramında əsas məqsəd gənc referilərin nəzəri və praktik biliklərini artırmaq, onların yeni basketbol mövsümündə uşaq basketbol liqalarında fit sahibi olmaqlarını təmin etməkdir. Məşğələlər sentyabr ayına qədər davam edəcək.