“Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi

Azərbaycan voleybol federasiyası növbəti dəfə “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsini təşkil edib. Allsport.az saytı xəbər verir ki, proses iyunun 24-də Bakıda start götürüb. Buraya 2008-2013-cü il təvəllüdlü qızlar cəlb olunublar. İyulun 13-nə kimi davam edəcək düşərgədə daha əvvəlki düşərgələrdə fərqlənən 50-ə yaxın voleybolçu qız iştirak edir.

Düşərgənin proqramına əsasən? 2008-2009-cu il təvəllüdlü 20 nəfər, 2010-2012-ci il təvəllüdlü 30 nəfər qruplar formasında gündə iki dəfə olmaqla AVF-nin idman zalında məşq keçirlər. Həm fiziki, həm də texniki məşqlərlə yanaşı, uşaqlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir.

Düşərgənin rəhbəri yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmaya FİVB-nin məşqçi-instruktoru, AVF-nin təhsil şurasının rəhbəri Cingiz Axarçeşmə, yeniyetmə və gənc qızlardan ibarət millinin köməkçi məşqçisi Həmid Ənvari, həmçinin RVK-ların məşqçiləri kömək edirlər.

Həmin kateqoriyadan