Gənc oğlanlarda 1-ci

Slovakiyanın paytaxtı Bratislavada gənc cüdoçuların Avropa çempionatında fərdidə millimiz şıxışını 3 medal la tamamlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Nizami İmranov (66 kq) isə turniri bürünc medalla tamamlayıb.

Əvvəl yeniyetmələr arasında 2-qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl 3-cü il qitə turnirində medal qazanması olub.

Fərid Qarayev (60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurublar. Hesabında 2 qızıl və 1 bürünc medal olan Azərbaycan seşməsi 43 ölkənin mübarizəsində oğlanlarda 1-ci yer tutub.

Həmin kateqoriyadan