- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə U-23 güləş üzrə Avropa çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə 57, 65, 70, 79 və 97 kq-larda sərbəst üsulla çıxış edən bahadırlar arasında qalib və mükafatçılar bilinib. İlk cəhd uğurlu olub, millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Qitə birinciliyinə komandamız məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi ilə yollanıb.
57 kq
1/8 final: Əliabbas Rzazadə – Bəşir Əlili (Şimali Makedoniya) +:-
1/4 final: Əliabbas Rzazadə – Hafiz Can Xasdemir (Türkiyə) 12:2
1/2 final: Əliabbas Rzazadə – Simyone Piroddu (İtaliya) 14:1
Final: Əliabbas Rzazadə – Əhməd İdrisov (Rusiya) 0:6
65 kq
1/8 final: Zirəddin Bayramov – Abdulməcid Xudiyev (Rusiya) 3:5
Təsəlliverici görüş: Zirəddin Bayramov – Sergiu Lupasko (Moldova) 10:0
Bürünc medal görüşü: Zirəddin Bayramov – Vladislav Koyka (Belarus) 10:0
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Elbakidze (Gürcüstan) 4:2
1/4 final: Cəbrayıl Hacıyev – Tobias Portman (İsveçrə) 9:2
1/2 final: Cəbrayıl Hacıyev – İnalbəy Şəriyev (Rusiya) 7:6
FİNAL: Cəbrayıl Hacıyev – Nikolay Qrahmez (Moldova) *5:5
97 kq
1/8 final: İslam İlyasov – Aslanbəy Sotiyev (Rusiya) 1:3
Təsəlliverici görüş: İslam İlyasov – Mixal Bielavski (Polşa) +:-
Bürünc medal görüşü: İslam İlyasov – Luka Xutçua (Gürcüstan) 11:0