Gənc voleybolçular Qaxda

Yeniyetmə voleybolçu qızlar üçün təlim-məşq toplanışına start verilib.

Allsport.az xəbər verir ki, Qax OİK-də təşkil olunan hazırlıqda Oğuz regional voleybol klubunun (RVK) 2012- 2014-cü il təvəllüdlü idmançıları iştirak edirlər.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər 3 gün davam edəcək. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçiriləcək. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, təcrübəli məşqçilərin iştirakı ilə bu cür təlim-məşq toplanışları digər RVK-larda da təşkil olunacaq.

Həmin kateqoriyadan