Gənc yunan-Roma güləş komandamız dünya çempionatında 3-cü olub

Başqırdıstan paytaxtı Ufada gənclərin dünya çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın son günlərində yunan-Roma güləş millimiz uğurlu çıxışı ilə diqqət çəkib.

Məsul sınağa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi ilə yollanan komandamız, 4 medal qazanıb.

Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gəlib. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medala yetişiblər.

Yekunda 101 xal toplayan bahadırlarımız, komanda hesabında dünya 3-cüsü olub. Rusiya (183) birinci, İran (130) isə ikinci yeri tutub.

Həmin kateqoriyadan