- Baxış sayı: 59
- 14 Aprel 2025 14:44
- Baxış sayı: 68
- Aprel 24, 2025
- 0
Bu gün gənclər və idman naziri Azad Rəhimov ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxış edib. Allsport.az saytı xəbər verir ki, o, çıxışında AMADA-nın şəninə tərif deyib, qurumun işini yüksək qiymətləndirib:
“Azərbaycan bayrağını beynəlxalq yarışlarda yalnız və yalnız təmiz idmançılar qaldırmalıdırlar. Bu vəzifənin həyata keçirilməsi istiqamətində milli antidopinq agentliyi ilə aparılan qarşılıqlı əməkdaşlıq dopinqlə mübarizə siyasətinin uğurla həyata keçirilməsinə yönəlmişdir.
Ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə tanınır və beynəlxalq qurumlar tərəfindən də layiqincə qiymətləndirilir”.