Azad Rəhimov Qarabağ qaziləri və aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb

Bu gün Azad Rəhimov 15-22 mayda Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul edib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığını bildirərək, ölkə başçısı tərəfindən imzalanan və müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”nda da məhz bu sahənin geniş bölmə olduğunu diqqətə çatdırıb.

Vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdən danışarkən, nazir, “Şahinlər”, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”, “Hünər”, “Tarixin canlı səhifələri” və digərləri haqqında söz açaraq, onların hər birinin gənc nəslin sağlam və vətəninə sevgi hissi ilə yetişməsindəki oynadığı önəmli roldan bəhz edib.

Nazirliyin xətti ilə qazilərdən, ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin Türkiyəyə baş tutan səfərinin əhəmiyyətindən danışan Azad Rəhimov, orada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Türkiyə Böyük Millət Məclisi, Türkiyə Müdafiə Nazirliyi və digər önəmli məkanlarda keçirilən görüşlərin önəmi haqqında söz açaraq, bu səpkili səfərlərin digər ölkələrdə də gerçəkləşməsinin mühüm tərəflərindən danışdı.

Azad Rəhimov, yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hissinin daha da artırılması, onların tariximizi daha dərindən bilmələri üçün ölkəmizdə fəaliyyət göstərən orta və ali təhsil müəssələrində şagir və tələbələrlə qazilərdən, aprel döyüşlərində iştirak etmiş  ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşlər keçirilməsi təklifini irəli ürərək, onun əhəmiyyəti haqqında da danışıb.

Sonda Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş  ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətinin üzvləri  gənclər və idman nazirliyinə Türkiyəyə baş tutan səfərdə göstərilən dəstək, diqqət və qayğı üçün təşəkkürlərini  bildiriblər.

Həmin kateqoriyadan